"Türk Hava Yolları" 82 reysi təxirə salıb

"Türk Hava Yolları" 82 reysi təxirə salıb Təxirə salınan reyslər arasına İstanbul-Bakı reysi də daxil edilib
Region
6 Yanvar , 2016 03:40
Türk Hava Yolları 82 reysi təxirə salıb

Bakı. 6 yanvar. REPORT.AZ/ "Türk Hava Yolları" şirkəti 6 və 7 yanvar tarixlərində İstanbulun hava limanlarından 82 reysin eniş və qalxmasını təxirə salıb.

"Report" xəbər verir ki, bu haqda "Hürriyet" qəzeti məlumat yayıb.

Məlumata görə, reyslər İstanbulda güclü külək və leysan ehtimalına görə təxirə salınıb.

Xəbərdə bildirilib ki, səyahətdən öncə müştərilər şirkətin saytından əlavə məlumat əldə edə bilər.

Təxirə salınan reyslər arasına İstanbul-Bakı reysi də daxil edilib.

Son xəbərlər

Orphus sistemi