​Türkiyə hava məkanını pozan təyyarələri vuracaq

​Türkiyə hava məkanını pozan təyyarələri vuracaq Bunu baş nazir Əhməd Davudoğlu bəyan edib
Region
17 Oktyabr , 2015 23:06
​Türkiyə hava məkanını pozan təyyarələri vuracaq

Bakı. 17 oktyabr. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri ölkənin hava məkanını pozan təyyarələri tərəddüd etmədən vuracaq.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə oktyabrın 17-də Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyanat verib.

"Biz ötən gün pilotsuz uçan aparat vurmuşuq. Əgər bu təyyarə olsaydı, biz analoji addımı atardıq. Bizim siyasətimiz məlumdur. Sərhədlərimiz pozulacağı təqdirdə tərəfimizdən mütləq cavab veriləcək", - deyə Davudoğlu bildirib.

Son xəbərlər

Orphus sistemi