Yuxarı

​Türkiyənin Sülh və Demokratiya Partiyasının lideri Moskvaya gedib

Onun Rusiya XİN-də görüşlər keçirəcəyi gözlənilir

Bakı. 22 dekabr. REPORT.AZ/ Türkiyənin Sülh və Demokratiya Partiyasının həmsədri Səlahəddin Dəmirtaş dekabrın 22-də Rusiyaya səfər edib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, Rusiyanın Xarici İşlər Nazirliyində çeşidli səviyyədə görüş keçirəcək. Məlumata əsasən, onun Moskvada kürd təşkilatlarının təmsilçiləri ilə görüşü də planlaşdırılıb.

S.Dəmirtaşın dekabrın 26-da Türkiyəyə qayıdacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi