Türkiyə hakim partiyasının 5 üzvü yol qəzasında ölüb

Türkiyə hakim partiyasının 5 üzvü yol qəzasında ölüb Daha 18 nəfər yaralanıb
Region
17 Avqust , 2018 00:44
Türkiyə hakim partiyasının 5 üzvü yol qəzasında ölüb

Bakı. 17 avqust. REPORT.AZ/ Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının üzvlərini daşıyan avtobus Van şəhərindən Ankaraya gedən zaman yol qəzasına düşüb.

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, daha 18-i yaralanıb.

Bildirilir ki, siyasətçilər fraksiyanın avqustun 18-nə nəzərdə tutulan qurultayına gedirmişlər.

Son xəbərlər

Orphus sistemi