Yuxarı
    Bağlamaq

    Türkiyə Gürcüstandan idxal olunan bəzi məhsullara tətbiq etdiyi kvotanı ləğv edib

    2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,5 milyard dollar təşkil edib

    Tbilisi. 21 fevral. REPORT.AZ/ Gürcüstan istehsalçıları Türkiyəyə ixrac etdikləri məhsulların həcmini 20 faiz artıracaq.

    “Report”un Gürcüstan bürosu bu ölkənin İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə istinadən xəbər verir ki, bu barədə razılıq fevralın 21-də Ankarada Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi arasında keçirilən görüşdə əldə olunub.

    Görüşdə Türkiyə ilə Gürcüstan arasında azad ticarət haqqında müqaviləyə yenidən baxılıb, ticarət dövriyyəsinin artırılması barədə razılıq əldə olunub. Türkiyə tərəfi Gürcüstanın sitrus meyvələrinə, üzüm, quru meyvələr, meyvə-tərəvəz konservlərinə və şirələrinə qoyduğu kvotanı ləğv etdiyini bildirib.

    Qeyd olunub ki, bu gün Türkiyə Gürcüstanın ən böyük ticarət tərəfdaşıdır. 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,5 milyard dollar təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi