Türkiyə fövqəladə vəziyyət rejimini daha üç ay müddətinə uzatmaq niyyətindədir

Türkiyə fövqəladə vəziyyət rejimini daha üç ay müddətinə uzatmaq niyyətindədir Baş nazir: "Şərtlər imkan verən zaman rejim ləğv olunacaq, lakin indidən dəqiq vaxt söyləmək tezdir"
Region
14 İyul , 2017 16:16
Türkiyə fövqəladə vəziyyət rejimini daha üç ay müddətinə uzatmaq niyyətindədir

Bakı. 14 iyul. REPORT.AZ/ Türkiyə hökuməti fövqəladə vəziyyət rejimini daha üç ay müddətinə uzatmaq niyyətindədir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Baş naziri Binəli Yıldırım bildirib.

Xatırladaq ki, Türkiyədə fövqəladə vəziyyət ötən ilin iyul ayında dövlət çevrilişinə cəhddən sonra 3 ay müddətinə elan edilib, sonradan parlamentin razılığı ilə rejim üç dəfə 3 aylıq müddətə uzadılıb.

"Növbəti dəfə fövqəladə vəziyyət rejiminin 3 ay müddətinə uzadılması təklifi ilə çıxış edəcəyik. Şərtlər imkan verən zaman rejim ləğv olunacaq, lakin indidən dəqiq vaxt söyləmək tezdir", - B.Yıldırım jurnalistlərlə görüşündə deyib.

Son xəbərlər

Orphus sistemi