​Türkiyə Ermənistanla münasibətlərin normallaşmasını istəyir

​Türkiyə Ermənistanla münasibətlərin normallaşmasını istəyir Davudoğlu: "Biz yeni dünya qurmaq üçün səy göstərməliyik"
Region
21 Yanvar , 2015 06:16
​Türkiyə Ermənistanla münasibətlərin normallaşmasını istəyir

Bakı. 21 yanvar. REPORT.AZ/ Türkiyənin baş naziri Əhməd Davudoğlu 2015-ci ildə Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını istədiklərini dilə gətirib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə o, Londona səfəri çərçivəsində keçirdiyi mətbuat konfransında bildirib.

"Biz (Ermənistanla — red.) yeni dünya qurmaq üçün səy göstərməliyik", — deyə baş nazir qeyd edib.

Onun sözlərinə görə, o, Türkiyə-Ermənistan münasibətlərinin 2015-ci ildə normallaşmağa başlamasını istədiyini vurğulayıb.

Davudoğlu, "1915-ci il hadisələri"nə də toxunub. O bildirib ki, Türkiyə ermənilərin kədərinə şərikdir və Ermənistanla dostluq münasibətləri qurmaqla həqiqətən yaraları sağaltmaq istəyir.

Davudoğlu, həmçinin 2007-ci ildə İstanbulda qətlə yetirilmiş türk-erməni jurnalist Hrant Dinkin fəaliyyətini yüksək qiymətləndirib.

Baş nazir erməniləri Türkiyəyə tez-tez gəlməyə çağırıb. Onun sözlərinə görə, iki qədim xalq müdriklik nümayiş etdirməli və bir-birini başa düşməlidir.

Son xəbərlər

Orphus sistemi