​Türkiyə "erməni soyqırımı"nı tanıyan Lüksemburqdan səfirini geri çağırıb

​Türkiyə "erməni soyqırımı"nı tanıyan Lüksemburqdan səfirini geri çağırıb "Səfir Levent Şahinkaya məsləhətləşmələr üçün Ankaraya çağırılıb"
Region
7 May , 2015 22:32
​Türkiyə erməni soyqırımını tanıyan Lüksemburqdan səfirini geri çağırıb

Bakı. 7 may. REPORT.AZ/ Türkiyə Lüksemburq parlamentinin qondarma "erməni soyqırımı"nı tanıması səbəbindən hersoqluqdakı səfirini geri çağırıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.

"Türkiyə səfiri Levent Şahinkaya məsləhətləşmələr üçün Ankaraya çağırılıb. Lüksemburq parlamenti tərəfindən qəbul olunan qərarı pisləyir və qətiyyətlə rədd edirik. Parlamentarilər özlərini beynəlxalq məhkəmənin yerinə qoya bilməzlər", - deyə Türkiyə xarici siyasət idarəsinin bəyanatında vurğulanır.

Ötən gün Lüksemburq parlamenti qondarma "erməni soyqırımı" haqqında qətnaməni yekdilliklə qəbul edib.

Son xəbərlər

Orphus sistemi