Bakı. 25 aprel. REPORT.AZ/ Suriyadan Rusiya istehsalı olan "Katyuşa" qurğusundan atılan raketin Türkiyənin bu ölkə ilə sərhədində yerləşən Kilis rayonunun mərkəzinə düşməsi nəticəsində bir suriyalı qaçqın ölüb.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, raketin düşməsi nəticəsində ağır yaralanan suriyalı xəstəxanada həyatını itirib.
Xəbərdə bildirilib ki, bu ilin yanvarından Suriyadan Türkiyə ərazisinin top və raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
Qeyd edək ki, Türkiyə ərazisinin terrorçu İŞİD qruplaşması tərəfindən atəşə tutulduğu haqda məlumatlar yayılıb.