Türkiyə ərazisində Rusiya yükdaşımasına icazənin müddəti başa çatıb

Türkiyə ərazisində Rusiya yükdaşımasına icazənin müddəti başa çatıb Bu günə qədər 2016-cı il üçün icazələr kvotası razılaşdırılmayıb
Region
1 Fevral , 2016 12:45
Türkiyə ərazisində Rusiya yükdaşımasına icazənin müddəti başa çatıb

Bakı. 1 fevral. REPORT.AZ/ Türkiyə ərazisində Rusiya avtonəqliyyatları vasitəsilə yükdaşınması artıq mümkün olmayacaq. "Report" TASS-a istinadən xəbər verir ki, buna səbəb tərəflər arasındakı müvafiq razılaşmanın 31 yanvar 2016-cı il tarixində başa çatmasıdır.

"Bu günə qədər Türkiyə tərəfi ilə 2016-cı il üçün icazələr kvotası razılaşdırılmayıb. Hazırdan Rusiya Nəqliyyat Nazirliyi məsələnin həlli üçün tədbirlər görür. Artıq Türkiyə tərəfinə qarşılıqlı icazə ilə bağlı təklif göndərilib", - Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının məlumatında deyilir.

Son xəbərlər

Orphus sistemi