Türkiyə ərazisi Suriyadan top atəşinə tutulub

Türkiyə ərazisi Suriyadan top atəşinə tutulub Türkiyə Silahlı Qüvvələri qarşı tərəfə dərhal cavab veriblər
Region
1 Avqust , 2016 13:54
Türkiyə ərazisi Suriyadan top atəşinə tutulub

Bakı. 1 avqust. REPORT.AZ/ Türkiyə ərazisi Suriyadan top atəşinə tutulub. 

"Report" "Doğan"a istinadən xəbər verir ki, iyulun 31-dən avqustun 1-nə keçən gecə Suriyanın Lazkiyə rayonunun Kesep bölgəsində Bəşşar Əsədə bağlı qüvvələrlə Bayırbucak türkmənləri arasında şiddətli döyüş olub. 

Məlumata görə, səhərədək davam edən qarşıdurma zamanı atılan top mərmilərindən 17-si Türkiyənin Hatay vilayətinin Yayladağı rayonunun Kızılçat məhəlləsi ərazisinə düşüb. Hadisə nəticəsində dağıntı və tələfat olmayıb. 

Türkiyə Silahlı Qüvvələri qarşı tərəfə dərhal cavab veriblər. 

Son xəbərlər

Orphus sistemi