Türkiyə Energetika Nazirliyi: Ceyhan neft borusunda partlayıcı qurğu aşkar edilib

Türkiyə Energetika Nazirliyi: Ceyhan neft borusunda partlayıcı qurğu aşkar edilib Ceyhan boru xəttində neft axını dayandırılıb
Region
27 Fevral , 2016 16:26
Türkiyə Energetika Nazirliyi: Ceyhan neft borusunda partlayıcı qurğu aşkar edilib

Bakı. 27 Fevral. REPORT.AZ/ İraqın şimalından Türkiyənin Ceyhan limanına qədər uzanan neft borusunda partlayıcı qurğu aşkar edilib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Energetika Nazirliyinin bu gün yaydığı bəyanatda bildirilir.

Nazirliyin məlumatına görə, PKK fəalları fevralın 25-də boru kəmərinin Şırnak əyalətinin İdil rayonunda olan məntəqəsini partladıb. Həmin zaman müvəqqəti təhlükəsizlik tədbirləri ilə əlaqədar artıq neft təchizatı dayandırıldığından yanğından qaçmaq mümkün olub.

Hazırda mütəxəssislər boru kəmərinin yaxın zamanda normal rejimdə fəaliyyət göstərməsi üçün işlər aparır.

Son xəbərlər

Orphus sistemi