Yuxarı

Türkiyə Elmi və Texnoloji Tədqiqatlar Şurasında 167 nəfər işdən çıxarılıb

Nazir: Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və dəstəklənməsi idarəsinin 47 əməkdaşı da dövlət qulluğundan xaric edilib

Bakı. 5 avqust. REPORT.AZ/ Türkiyə Elmi və Texnoloji Tədqiqatlar Şurasında (TÜBİTAK) 139 nəfər işdən çıxarılıb. 

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlü jurnalistlərə bildirib. 

Onun sözlərinə görə, qurumda daha 28 nəfər istefa verib: "Bununla da TÜBİTAK-da işdən çıxanların sayı 167-yə çatıb. Bundan əvvəl nazirlik olaraq 560 əməkdaşı vəzifədən kənarlaşdırmışıq. Nazirliyimizdən 63 nəfər işdən çıxarıldı və dövlət qulluğundan xaric edildi. Bundan başqa, Türkiyənin Elm, Sənaye və Texnologiya Nazirliyinin tabeliyində olan Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və dəstəklənməsi İdarəsinin (KOSGEB) 47 əməkdaşı da işdən çıxarılıb və dövlət qulluğundan xaric edilib". 

Qeyd edək ki, Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra dövlət müəssisələrinə çalışan 70 minə yaxın şəxs sərəncama göndərilib və ya işdən çıxarılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi