​Türkiyə Egey dənizindəki insidentə baxmayaraq Rusiya desant gəmisinin Dardanel boğazından keçməsinə icazə verib

​Türkiyə Egey dənizindəki insidentə baxmayaraq Rusiya desant gəmisinin Dardanel boğazından keçməsinə icazə verib Gəmini Türkiyənin sahil mühafizə kateri müşayiət edib
Region
14 Dekabr , 2015 00:46
​Türkiyə Egey dənizindəki insidentə baxmayaraq Rusiya desant gəmisinin Dardanel boğazından keçməsinə icazə verib

Bakı. 14 dekabr. REPORT.AZ/ Türkiyə bu gün Egey dənizində baş verən insidentə baxmayaraq Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus "Sezar Kunikov" desant gəmisinin Dardanel boğazından keçməsinə icazə verib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, gəmi boğazdan Türkiyə sahil mühafizəsi katerinin müşayiəti ilə keçib.

"158 saylı "Sezar Kunikov" hərbi gəmisi Egey dənizindən Mərmərə dənizi istiqamətində hərəkət edib", — deyə agentlik yazıb.

Bu gün Egey dənizində Rusiyaya məxsus "Smetlivıy" hərbi gəmisi ona yaxınlaşmaqda olan Türkiyə balıqçı gəmisinə toqquşmadan yayınmaq üçün xəbərdarlıq atəşi açıb.

Son xəbərlər

Orphus sistemi