Türkiyə Dini İşlər İdarəsinin sədri təqaüdə çıxıb

Türkiyə Dini İşlər İdarəsinin sədri təqaüdə çıxıb Onun səlahiyyətlərini Dini İşlər üzrə Ali Qurumun sədri Əkrəm Keleş icra edəcək
Region
1 Avqust , 2017 11:15
Türkiyə Dini İşlər İdarəsinin sədri təqaüdə çıxıb

Bakı. 1 avqust. REPORT.AZ/ Türkiyənin Nazirlər Kabineti yanında Dini İşlər İdarəsinin sədri (Diyanet İşleri başkanı) Mehmet Görməz təqaüdə çıxıb.

“Report” Haber7-yə istinadən xəbər verir ki, onun təqaüdə çıxmaqla bağlı ərizəsi baş nair tərəfindən qəbul olunub.

Onun səlahiyyətlərini Dini İşlər üzrə Ali Qurumun sədri Əkrəm Keleş icra edəcək.

Qeyd edək ki, bu günlərdə Mehmet Görməz istefa verəcəyini və elmlə məğul olacağını bildirmişdi: “Bütün vəzifələr sadəcə bir əmanətdir. Vaxtı gəldikdə təhvil verilir. Dini İşlər İdarəsinə başçılıqdan sonra elmlə məşğul olacağam. Həm əziz millətimizin, həm də islam dünyasının elm həyatına fayda vermək üçün bu sahədə çalışağam”.

Son xəbərlər

Orphus sistemi