Bakı. 26 iyul. REPORT.AZ/ Türkiyə Nazirlər Kabineti yanında Dini İşlər İdarəsinin (Diyanet İşleri Başkanlığı) dövlət çevrilişi cəhdindən sonra daha 620 əməkdaşı vəzifəsindən kənarlaşdırılıb.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bununla da bu qurumda işindən uzaqlaşdırılan personal sayı 1 112 nəfərə çatıb.
Məlumatda Dini İşlər İdarəsində yaradılan komissiyanın əməkdaşlarının Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqəsinin olub-olmadığı istiqamətində araşdırmalarını davam etdirdiyi bildirilib.
Qeyd edək ki, bundan əvvəl qurumun 492 əməkdaşı vəzifəsindən uzaqlaşdırılıb.