​Türkiyə DİN başçısı: "Terrorçuluqda şübhəli bilinən 35 970 nəfərin ölkəyə girişi qadağan edilib"

​Türkiyə DİN başçısı: "Terrorçuluqda şübhəli bilinən 35 970 nəfərin ölkəyə girişi qadağan edilib" Efkan Ala: "Onların 3 897 nəfəri Almaniya vətəndaşıdır"
Region
13 Yanvar , 2016 16:49
​Türkiyə DİN başçısı: Terrorçuluqda şübhəli bilinən 35 970 nəfərin ölkəyə girişi qadağan edilib

Bakı. 13 yanvar. REPORT.AZ/ Terrorçuluğa və terrorçulara himayədarlıq edən, terrorçu qruplaşmalar, o cümlədən İŞİD-lə əlaqədə şübhəli bilinən 35 970 nəfərin Türkiyəyə girişi qadağan edilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Efkan Ala bildirib.

Onun sözlərinə görə, Suriyada münaqişə başlayandan terrorçuluğa qarşı mübarizə çərçivəsində Türkiyədə 3 318 nəfər saxlanılıb, 847 nəfər həbs edilib: "Onların çoxu xarici ölkə vətəndaşıdır. 124 ölkədən 35 970 nəfərin Türkiyəyə girişinə qadağa qoyulub. Onların 3 897 nəfəri Almaniya vətəndaşıdır. 92 ölkənin 2 894 vətəndaşı Türkiyədən deportasiya edilib. Onların da 94-ü Almaniya vətəndaşıdır". 

Son xəbərlər

Orphus sistemi