Türkiyə DİN başçısı ölkənin yeni təhlükəsizlik konsepsiyasından danışıb

Türkiyə DİN başçısı ölkənin yeni təhlükəsizlik konsepsiyasından danışıb Süleyman Soylu: "Təhlükəsizliyimizi Hələb, Dəməşq və Bağdadın təhlükəsizliyi və əmin-amanlığından ayırı düşünməyən bir ölkəyik"
Region
2 Dekabr , 2016 15:13
Türkiyə DİN başçısı ölkənin yeni təhlükəsizlik konsepsiyasından danışıb

Bakı. 2 dekabr. REPORT.AZ/ "Türkiyənin yeni təhlükəsizlik konsepsiyası oyunu öz sahəmizdə deyil, təhlükə və təhdid gələcək yerdə qəbul edən bir yanaşmaya malikdir”.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

O deyib ki, yeni təhlükəsizlik konsepsiyamız oyunu öz sahəmizdə deyil, təhlükə və təhdid gələcək yerdə qəbul edən, orada oynayan, hədələri öz qapısına gəlmədən, uzaqda və mümkünsə əmələ gəlmədən müdaxilə edən, ilk növbədə sülhə mane olan deyil, ayıq-sayıqlığı əsas götürən yanaşmaya malikdir.

Onun sözlərinə görə, yeni konsepsiyada təməl azadlığın və demokratiyanın inkişaf etdirilməsi nəzərdə tutulub: “Türkiyənin kiminsə torpaqlarında gözü yoxdur. Ancaq biz öz təhlükəsizliyimizi Hələb, Dəməşq və Bağdadın təhlükəsizliyi və əmin-amanlığından ayırı düşünməyən bir ölkəyik.”

Son xəbərlər

Orphus sistemi