Bakı. 7 sentyabr. REPORT.AZ/ Türkiyənin Hakkari əyalətinin Çukurca rayonunda terrorçu PKK qruplaşmasının sığındığı yerlərə havadan endirilən zərbələr nəticəsində 12 terrorçu zərərsizləşdirilib.
"Report" "Milliyet"ə istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, Türkiyə Silahlı Qüvvələrinə aid qırıcılar səhər saatlarında terrorçuların atəş mövqelərini məhv edib.
Hava əməliyyatından sonra qırıcılar hərbi bazaya dönüb.