Türkiyənin daxili işlər naziri: "Üç mindən artıq terrorçu məhv edilib"

Türkiyənin daxili işlər naziri: "Üç mindən artıq terrorçu məhv edilib" PKK-ya məxsus 2240 ədəd silah, 10 ton partlayıcı maddə, 10 min ədəd "Molotov kokteyli" ələ keçirilib
Region
18 Dekabr , 2015 05:52
Türkiyənin daxili işlər naziri: Üç mindən artıq terrorçu məhv edilib

Bakı. 18 dekabr. REPORT.AZ/ Son aylar ərzində hüquq-mühafizə orqanları ilə hərbi birləşmələrin keçirdiyi əməliyyatlar zamanı üç mindən artıq terrorçu məhv edilib. "Report"un "Milliyet" qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin daxili işlər naziri Efkan Ala bildirib.

Nazirin sözlərinə görə, terrorçu Kürd Fəhlə Partiyasına (PKK) üzvlərinə məxsus 2240 ədəd silah, 10 ton partlayıcı maddə, 10 min ədəd "Molotov kokteyli" ələ keçirilib.

Ala, həmçinin qeyd edib ki, rəsmi Ankara beynəlxalq terrorizmlə də aktiv mübarizə aparır. Belə ki, indiyə qədər 123 ölkədən olan 33 min 746 əcnəbinin Türkiyəyə girişi qadağan edilib.

Son xəbərlər

Orphus sistemi