Türkiyə Daxili İşlər Nazirliyinin 265 əməkdaşı işdən çıxarılıb

Türkiyə Daxili İşlər Nazirliyinin 265 əməkdaşı işdən çıxarılıb Onlar FETÖ ilə dolayı və birbaşa əlaqədə şübhəli bilinirlər
Region
28 Oktyabr , 2016 11:52
Türkiyə Daxili İşlər Nazirliyinin 265 əməkdaşı işdən çıxarılıb

Bakı. 28 oktyabr. REPORT.AZ/ Türkiyədə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı mübarizə çərçivəsində Daxili İşlər Nazirliyinin Jandarm Komandanlığının 153, Sahil Mühafizə Xidmətinin isə 112 əməkdaşı tutduğu vəzifədən kənarlaşdırılıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, onlar FETÖ ilə dolayı və birbaşa əlaqədə şübhəli bilinirlər.

Məlumata görə, tutduqları vəzifədən uzaqlaşdırılan jandarmların 42-si zabit, 56-sı gizir, 30-u ixtisaslı çavuş, 17-si sıravi mütəxəssis, 8-i isə məmur, sahil mühafizə xidmətində işdən çıxarılanların 52-si zabit, 58-i gizir, biri ixtisaslı sıravi, biri isə məmur olub.

Son xəbərlər

Orphus sistemi