Türkiyə daha iki milyon suriyalı qaçqına sığınacaq verəcək

Türkiyə daha iki milyon suriyalı qaçqına sığınacaq verəcək Avropa İttifaqı qaçqınların qəbulu qarşılığnda Türkiyə vətəndaşlarına vizasız rejim boyun olur
Region
5 Oktyabr , 2015 13:32
Türkiyə daha iki milyon suriyalı qaçqına sığınacaq verəcək

Bakı. 5 oktyabr. REPORT.AZ/ Türkiyənin daha iki milyon suriyalı qaçqına sığınacaq verəcəyi gözlənilir.

"Report" Almaniyanın "Frankfurter Allgemeine Sonntagszeitung" ("FAS") qəzetinə istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) ilə Türkiyə arasında Suriya ilə bağlı keçirilən son diplomatik görüşdə bu məsələ müzakirə edilib.

Qəzetin məlumatına görə, həmin görüşdə qəbul edilən anlaşma çərçivəsində Türkiyə qaçqınların Avropaya keçmək üçün istifadə etdikləri Türkiyə-Yunanıstan sərhədini daha güclü qoruyacaq.

Yeni qaçqınların yerləşdirilməsi üçün Türkiyə ərazisində 6 düşərgə salınacaq.

Avropa Birliyi isə Türkiyəyə sığınacaq qaçqınların 500 min nəfərini qəbul edəcək.

Xəbərə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 5-də Belçikanın paytaxtı Brüsseldə keçirəcəyi görüşlərdə bu məsələni müzakirə edəcəyi gözlənilir.

Sözügedən anlaşmaya əsasən, əgər Türkiyə tərəfi Avropa İttifaqının bir sıra şərtlərinə əməl edərsə, o zaman Aİ bu ölkənin vətəndaşlarına birlik ərazisinə vizasız burxacağını boyun olur. Bunu üçün rəsmi Ankara bu şərtlərə də əməl etməlidir: Türklər yunanlarla birlikdə Egey dənizinin şərqində birgə patrul xidməti həyata keçirməli, ittifaq Türkiyə ərazisində qaçqınların qəbulu, qeydiyyatı üçün 6 düşərgə açmalı və onu idarə etməlidir.

Qeyd edək ki, Türkiyə 1987-ci ildə Aİ-yə üzvlüklə bağlı ərizə təqdim edib. 2005-ci ildən başlanan danışıqlar nəticəsində 35 texniki maddədən yalnız 14-ü razılaşdırılıb. İttifaq 17 maddənin üzərinə veto qoyub. 

Xatırladaq ki, hazırda Türkiyədə Suriya və İraqdan 2 milyondan çox qaçqın var. 

Son xəbərlər

Orphus sistemi