Yuxarı
    Bağlamaq

    Türkiyə daha bir şəhid verib, üç əsgər yaralanıb - VİDEO

    Əsgərlərdən ikisinin vəziyyətinin ağır olduğu bildirilir

    Bakı. 18 avqust. REPORT.AZ/ Bu gün Türkiyənin Diyarbəkir şəhərinin Nice rayonunda PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında silahlı qarşıdurma baş verib. "Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 4 hərbçi yaralanıb. Yaralı əsgərlər helikopterlə Diyarbəkir Dəclə Universiteti Tibb Fakültəsi Xəstəxanasına yerləşdirilib. Toqquşmada ağır yaralanan əsgərlərdən biri həkimlərin müdaxiləsinə baxmayaraq, xilas etmək mümkün olmayıb. Əsgərlərdən ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

    Qeyd edək ki, Diyarbəkir valiliyi avqustun 17-də yerli vaxtla saat 21:00-dan bu gün saat 07:00-a qədər küçəyə çıxma yasağı elan etmişdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi