​Türkiyə Böyük Millət Məclisinə yeni sədr seçilib

​Türkiyə Böyük Millət Məclisinə yeni sədr seçilib Səsvermədə sabiq müdafiə naziri İsmət Yılmaz qalib gəlib
Region
1 İyul , 2015 22:34
​Türkiyə Böyük Millət Məclisinə yeni sədr seçilib

Bakı. 1 İyul. REPORT.AZ/ İyulun 1-də Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsinə keçirilən seçkilərin dördüncü turunda Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, sabiq müdafiə naziri İsmət Yılmaz qalib gəlib.

"Report" xəbər verir ki, o, 258 səs toplayaraq parlamentin sədri seçilib.

Seçkilərin 4-cü turunda 3-cü turda ən çox səs toplayan namizədlər – İsmət Yılmaz və Cümhuriyyət Xalq Partiyasından Dəniz Baykal mübarizə aparıb. Səsvermədə iştirak edən 547 deputatdan 258-i İ.Yılmaza, 182-si isə D.Baykala səs verib. Həmçinin 29 bülleten qutulardan boş çıxıb, 78 səs isə etibarsız sayılıb.

Son xəbərlər

Orphus sistemi