Yuxarı

Türkiyədə terror aktı törədilib, 6 polis şəhid olub, 3-ü yaralanıb - VİDEO - YENİLƏNİB

Polisləri daşıyan zirehli avtomobilin keçidi sırasında partlayıcı qurğu işə salınıb

Bakı. 1 avqust. REPORT.AZ/ Türkiyənin Bingöl şəhərində törədilən terror aktı nəticəsində 6 polis şəhid olub. 

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, hadisədə 1-i ağır olmaqla 3 polis yaralanıb. 

Bölgədə terrorçuların zərərsizləşdirilməsi üçün qurudan və havadan antiterror əməliyyatı başlayıb. 

*** 19:31

Türkiyənin Bingöl şəhərində terror aktı törədilib. 

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə 18:45-də Bingöl-Muş avtomobil yolunda xüsusi təyinatlı polisləri daşıyan zirehli avtomobilin keçidi sırasında PKK terrorçularının yola döşədiyi əldəqayırma partlayıcı qurğu işə salınıb. 

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım maşınları göndərilib. 

Məlumata görə, yaralanan polislər yaxınlıqdakı xəstəxanalara aparılıb. Ancaq həkimlərin səyinə baxmayaraq, onlardan bəzilərinin həyatını xilas etmək mümkün olmayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi