Bakı. 11 avqust . REPORT.AZ/ Son iki gündə terrorçu PKK-nın 17 düşərgəsi və sığınacaq yeri bombalanıb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Baş Qərargah bildirib ki, avqustun 10 və 11-də gecə saatlarında Hakkari əyalətində Buzul Dağı və İkiyaka bölgəsindəki terrorçuların mövqelərinə havadan zərbə endirilib: "Onların 17 mövqeyi vurularaq, məhv edilib".