Yuxarı

Türkiyə Baş nazirinin müavini: “Daimi inkişaf istəyirik”

Babacan islahatların vacib olduğunu vurğulayıb

Bakı. 30 noyabr. REPORT.AZ/ Türkiyə Baş nazirinin müavini Əli Babacan, London səfərində verdiyi açıqlamada islahatların vacib olduğunu vurğulayıb.

"Report" TRT-yə istinadən xəbər verir ki, Əli Babacan Türkiyənin inkişafının bu ilin sonuna qədər Avropanın ən yüksək artımına sahib ölkələrdən birinin olacağını deyib.

O, davamlı inkişaf istədiklərini və bunun üçün islahatların vacib olduğunu vurğulayıb.

Neft qiymətlərinin azalması və bunun Türkiyə iqtisadiyyatına edəcək təsirindən danışan Babacan, “Bizim proqramımız 102 dollarlıq neft qiyməti nəzərdə tutur. 102 dollardan aşağı hər bir dollar Türkiyə üçün xeyirdir” deyə bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi