Türkiyə baş naziri bu gün Rusiyaya rəsmi səfərə gedəcək

Türkiyə baş naziri bu gün Rusiyaya rəsmi səfərə gedəcək Binəli Yıldırım Tatarıstan Respublikasının paytaxtı Kazana da səfər edəcək
Region
5 Dekabr , 2016 11:32
Türkiyə baş naziri bu gün Rusiyaya rəsmi səfərə gedəcək

Bakı. 5 dekabr. REPORT.AZ/ Türkiyənin baş naziri Binəli Yıldırım bu gün Rusiyaya rəsmi səfərə gedəcək. 

“Report” "RİA-Novosti”yə istinadən xəbər verir ki, bu barədə baş nazirin adminstrasiyası məlumat yayıb.

B.Yıldırımın səfərinin gündəliyində iki ölkə arasında viza rejiminin ləğvi, dövlətlər arasında ticarətin türk lirəsi və rus rublu ilə aparılması, Türkiyənin Şanxay Əməkdaşlıq Təəşkilatına üzvlüyü, Suriya və İraqdakı mövcud vəziyyətin müzakirəsi və orada terrora qarşı birgə mübarizə, müdafiə və enerji sahəsində əməkdaşlıq, ticarət sahəsində 100 milyard dollarlıq hədəfə çatmaq kimi məsələlər daxildir. 

Xəbərə görə, Türkiyənin baş naziri Tatarıstan Respublikasının paytaxtı Kazana da səfər edəcək. Orada respublikanın prezidenti Rüstəm Minnixanovla görüşəcək. Eyni zamanda, Türkiyə-Tatarıstan biznes forumunda iştirak edəcək.

Səfər dekabrın 7-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi