​Türkiyə baş nazirinin müavini partiyaları terrora qarşı vahid bəyanatla çıxış etməyə çağırıb

​Türkiyə baş nazirinin müavini partiyaları terrora qarşı vahid bəyanatla çıxış etməyə çağırıb Kurtulmuş: "Dörd partiya olaraq, gəlin terrorizmə qarşı ortaq bir bəyanatla çıxış edək"
Region
24 İyul , 2015 13:43
​Türkiyə baş nazirinin müavini partiyaları terrora qarşı vahid bəyanatla çıxış etməyə çağırıb

Bakı. 24 İyul. REPORT.AZ/ Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş parlamentdə təmsil olunan dörd partiyanı terrorizmə qarşı ortaq bir bəyanatla çıxış etməyə çağırıb. Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Kurtulmuş, həmçinin bazar ertəsi günü baş nazir Əhməd Davudoğlunun Suruç şəhərində 32 nəfərin həyatına son qoyan qanlı terror aktından sonra terrorizmə qarşı birgə mübarizə ilə bağlı etdiyi çağırışını bir daha təkrarlayıb.

"Dörd partiya olaraq, gəlin terrorizmə qarşı ortaq bir bəyanatla çıxış edək", - baş nazirin müavini deyib.

O, həmçinin kürdyönlü Demokratik Xalq Partiyasının (PDP) həmsədri Selahettin Demirtaşı və qurumun digər üzvlərini dinc və sülhməramlı çıxışlar etməyə çağırıb.

N.Kurtulmun Türkiyənin "İslam Dövləti"ni terrorçu təşkilat kimi tanıyan ilk ölkə olduğunu vurğulayıb. O, Türkiyənin "İŞİD"lə əməkdaşlıq etmək və ya ona göz yummaq kimi yanlış fikirləri səvh adlandırıb.

"Biz bunu inkar edirik. Bu ağ yalandır", - Türkiyə baş nazirinin müavini bildirib.

Son xəbərlər

Orphus sistemi