Türkiyə baş nazirinin müavini: “ABŞ-ın viza qərarı bu ölkənin ənənələrinə ziddir”

Türkiyə baş nazirinin müavini: “ABŞ-ın viza qərarı bu ölkənin ənənələrinə ziddir” Veysi Kaynak: “Türkiyədəki qaçqınların arasında fələstinli, iraqlı, əfqan, hətta erməni də var”
Region
1 Fevral , 2017 12:31
Türkiyə baş nazirinin müavini: “ABŞ-ın viza qərarı bu ölkənin ənənələrinə ziddir”

Bakı. 1 fevral. REPORT.AZ/ “ABŞ-ın viza ilə bağlı qəbul etdiyi qərar bu ölkənin ənənələri ilə ziddiyyət təşkil edir”.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Veysi Kaynak ABŞ prezidenti Donald Trampın imzaladığı qərara münasibət bildirərkən vurğulayıb.

“Türkiyədə 3 milyon qaçqın var. Onların çoxu suriyalıdır. Ancaq aralarında fələstinli, iraqlı, əfqan, hətta erməni də var. Biz onlara bütövlükdə sadəcə insan olaraq yanaşırıq. Hamısının təhsilini, gələcəyini qurması ilə maraqlanırıq. Bunu həm mədəniyyətimiz, həm də tarixi köklərimizə əsasən edirik. ABŞ-ın qəbul etdiyi viza qərarı isə onun ənənəsinə ziddir”, - deyə o bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın yanvarın 27-də imzaladığı fərmana əsasən, İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşları 90 gün ərzində Birləşmiş Ştatlar ərazisinə buraxılmayacaqlar.

Son xəbərlər

Orphus sistemi