Yuxarı

Baş nazirin müşaviri: "Ermənistan cəmiyyəti Türkiyə ilə əlaqələrin qurulmasına hazırdır"

Türkiyə-Ermənistan əlaqələri müalicə olunması yönündə qarşılıqlı addımlar atılacağı halda dəyişə bilər

Bakı. 28 yanvar. REPORT.AZ/ "Ermənistan cəmiyyəti Türkiyə ilə əlaqələrin qurulmasına diaspordan daha hazırdır".

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlunun baş müşaviri Etyen Mahçupyan söyləyib.

Onun sözlərinə görə, Türkiyə-Ermənistan əlaqələri "erməni hadisələrinin yüzüncü ilində" "müalicə olunması yönündə" qarşılıqlı addımlar atılacağı halda dəyişə bilər.

"Ermənistan və bu ölkənin cəmiyyəti Türkiyə ilə əlaqələrin qurulmasına diaspordan daha hazırdır. Ancaq biz hakimiyyətin səsini eşidirik. Hakimiyyət də iqtidar kimi danışdığından bu səs sərt görünür. Ermənistan küçələrindəki insanlarla danışanda bu sərtlik hiss olunmur. Yəni Türkiyə küçələrində gəzərkən gördüklərinizi orada da görə bilərsiniz. İnsanlar yaxınlaşmaq istəyir", - baş nazirin erməni baş müşaviri vurğulayıb.

O, Çanaqqala savaşının anma tədbirinə Ermənistan prezidentinin dəvət edilməsinə də münasibət bildirib: "Bu dəvət bütün dünya dövlətlərinə göndərildi. Ermənistan da kənarda saxlanılmadı. Bundan başqa, Çanaqqalada ölənlər arasında erməni də olub. Əgər Ermənistanın keçmişdəki ermənilərlə bir bağlılığı varsa, o zaman onlar bu dəvəti dəyərləndirməlidir. Fikrimcə, Ermənistan buna bir jest edəcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi