Yuxarı

​Türkiyə baş nazirinin erməni müşaviri: "Sərhədlərin açılması münasibətlərin paket həllindən sonra mümkündür"

Ermənilərin soyqırımı simvolik tarixdir

Bakı. 13 dekabr. REPORT.AZ/ "Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması yalnız Türkiyə-Ermənistan, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin paket həllindən sonra mümkündür".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, Türkiyə baş naziri Əhməd Davudoğlunun erməni əsilli müşaviri Etyen Mahçupyan "Qolos Rossii" radiosuna müsahibəsində belə deyib.

O, ermənilərin uydurma tarixi günü ilə bağlı sualı isə belə cavablandırıb: "Bu, simvolik tarixdir. Həmin gün yaxınlaşdıqca ermənilər arasında radikal ovqat da yüksəlir. Onlar məsələyə güzəştsiz yanaşırlar.Türkiyə tərəfdən məsələ ilə bağlı bu il addım atılmayacaq. Atılsa da, ehtiraslar sakitləşəndən bir il sonra mümkündür".

Baş nazirin müşaviri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baz nazir vəzifəsini icra edərkən həmin məsələ ilə bağlı ermənilərə başsağlığı verdiyini də xatırladıb: "Bu, ən aşağı həddir. İstənilən halda Türkiyə tərəfi bundan aşağı enməyəcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi