​Türkiyə baş naziri postuna namizəd prezident idarəçilik sistemini dəstəklədiyini bildirib

​Türkiyə baş naziri postuna namizəd prezident idarəçilik sistemini dəstəklədiyini bildirib Binəli Yıldırım ƏİP-nin növbədənkənar qurultayında çıxış edib
Region
22 May , 2016 16:57
​Türkiyə baş naziri postuna namizəd prezident idarəçilik sistemini dəstəklədiyini bildirib

Bakı. 22 may. REPORT.AZ/ Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədri və ölkənin baş naziri postlarına namizəd Binəli Yıldırım dövlətin prezident idarəçilik sisteminə keçməsi mövqeyindən çıxış edib.

"Report" xəbər verir ki, bu barədə o ƏİP-nin bazar günü keçirilən növbədənkənar qurultayında çıxışı zamanı bildirib.

Qurultayda partiyaya yeni sədr seçiləcək və həmin şəxsin ölkənin yeni baş naziri olacağı gözlənilir. Bu posta Yıldırımın yeganə namizədliyi irəli sürülüb.

"Tunellər, qatarlar və yollar, bütün bunlar çox yaxşıdır. Lakin bizim bir nöqsanımız var: bizə yeni konstitusiya və prezident sistemi lazımdır. Bu gün bizə lazım olan şey, bunu hüquqi müstəviyə gətirməkdir", — deyə Yıldırım bildirib.

Son xəbərlər

Orphus sistemi