Türkiyənin baş naziri Özbəkistan prezidentinin vəfatı ilə əlaqədar başsağlığı verib

Türkiyənin baş naziri Özbəkistan prezidentinin vəfatı ilə əlaqədar başsağlığı verib Binəli Yıldırım: "Türkiyə Respublikası adından Özbəkistan xalqına dərin hüznlə başsağlığı verirəm"
Region
2 Sentyabr , 2016 15:24
Türkiyənin baş naziri Özbəkistan prezidentinin vəfatı ilə əlaqədar başsağlığı verib

Bakı. 2 sentyabr. REPORT.AZ/ Türkiyənin baş naziri Binəli Yıldırım Özbəkistan prezidenti İslam Kərimovun vəfatı ilə əlaqədar başsağlığı verib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, o, bu barədə Türkiyə televiziya kanallarına müsahibəsində bildirib.

B.Yıldırım Özbəkistan liderinin ölümü haqqında məlumatı haradan aldığını qeyd etməyib.

"Özbəkistan prezidenti İslam Kərimov vəfat edib. Allah ona rəhmət eləsin. Türkiyə Respublikası adından Özbəkistan xalqına dərin hüznlə başsağlığı verirəm", - deyə baş nazir Ankarada Türkiyə hökumətinin iclasında vurğulayıb.

Son xəbərlər

Orphus sistemi