Türkiyə baş naziri ilə Almaniya kansleri arasında telefon danışığı olub

Türkiyə baş naziri ilə Almaniya kansleri arasında telefon danışığı olub Binəli Yıldırım: “Mövcud anlaşılmazlığı nazirlərimiz görüşərək aradan qaldıracaq”
Region
4 Mart , 2017 17:40
Türkiyə baş naziri ilə Almaniya kansleri arasında telefon danışığı olub

Bakı. 4 mart. REPORT.AZ/ Türkiyənin baş naziri Binəli Yıldırımla Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, hökumət başçıları Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ və iqtisadiyyat naziri Nihat Zeybəkçinin Almaniyada keçiriləcək toplantılara qatılmasına icazə verilməməsini müzakirə ediblər.

Binəli Yıldırım jurnalistlərə bildirib ki, dialoq çox faydalı keçib: “Danışığımız nəzərdə tutulduğundan uzun sürdü. Mövcud anlaşılmazılığı nazirlərimiz görüşərək aradan qaldıracaq”.

Qeyd edək ki, referendumla bağlı keçirilən təbliğat kampaniyasında iştirak etmək üçün onların Almaniyaya buraxılmasına icazə verilməyib.

Aprelin 16-da Türkiyədə konstitusiyaya əlavə və dəyişikliyə dair referendum keçiriləcək.

Son xəbərlər

Orphus sistemi