Türkiyənin baş naziri: "Bu gün ən böyük zərurət Konstitusiyaya dəyişikliklər edilməsidir"

Türkiyənin baş naziri: "Bu gün ən böyük zərurət Konstitusiyaya dəyişikliklər edilməsidir" "Türkiyə Konstitusiyasına dəyişikliklər edilməsi məsələsi hələ də gündəmdədir"
Region
4 Yanvar , 2017 19:40
Türkiyənin baş naziri: Bu gün ən böyük zərurət Konstitusiyaya dəyişikliklər edilməsidir

Bakı. 4 yanvar. REPORT.AZ/ "Türkiyə Konstitusiyasına dəyişikliklər edilməsi məsələsi hələ də gündəmdədir".

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Bineli Yıldırım deyib.

Onun sözlərinə görə, ölkə Konstitusiyasına dəyişiklik edilməsinə ehtiyac var: "Ölkədə terror aktları törədilən zamanda bəziləri bu dəyişikliklərin nəyə lazım olduğunu, nə üçün dəyişiklikləri dəstəklədiyimizi soruşur. Bütün bunlar tələdir. Bu gün ən böyük zərurət Konstitusiyaya dəyişikliklər edilməsidir. 15 iyul hadisələri zamanı zəif hökumət olsaydı, ölkənin halı necə olardı?! Yeni çevrilişlər olar, ölkə bir neçə il əvvələ qayıdardı".

B.Yıldırım bildirib ki, Türkiyənin ətrafı bu gün "yanar həlqə"ni xatırladır. O, Türkiyənin ətrafındakı yanğını söndürməyə səy göstərdiyini, eyni zamanda ayaqda qalmağa çalışdığını əlavə edib: "Bunun üçün güclü hökumətə malik olmaq lazımdır. Yeni Konstitusiya bizə bunu etməyə imkan verəcək".

Son xəbərlər

Orphus sistemi