Tayfun Kılıç: “Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolunun tezliklə istifadəyə verilməsinə çalışır”

Tayfun Kılıç: “Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolunun tezliklə istifadəyə verilməsinə çalışır” "Bu yolun İğdırdan keçməklə Naxçıvan Muxtar Respublikasına birləşdirilməsi məsələsi də gündəmdədir”
Region
3 May , 2017 18:02
Tayfun Kılıç: “Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolunun tezliklə istifadəyə verilməsinə çalışır”
Report.az

Tbilisi. 3 may. REPORT.AZ/ “Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsinin tikintisində son tamamlama işlər gedir. Yaxın vaxtlarda işlər tam başa çatdırılacaq və Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə veriləcək”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin İqtisadiyyat Nazirliyinin Department rəhbəri Tayfun Kılıç söyləyib.

Onun sözlərinə görə, Türkiyə Çindən Avropaya qədər uzanan, Asiya və Avropanı birləşdirəcək bu yolun vacibliyini yaxşı başa düşür: "Biz bu yolun Türkiyə ərazisində şaxələndirilməsi layihəsini də hazırlamışıq. Bu yolun İğdırdan keçməklə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına birləşdirilməsi məsələsi də gündəmdədir”.

"Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan, iqtisadi inkişafımızda, ölkələrimizin, xalqlarımızın rihaf halının yaxşılaşmasında, dostluq və qardaşlıq əlaqələrimizin möhkəmlənməsində mühüm rol oynayacaq Bakı-Tbilisi-Qars dəmir yolu tezliklə istismara verilməlidir. Türkiyə tərəfi bunun üçün bütün mümkün vasitələrdən istifadə edir”, - nazirlik rəsmisi bildirib. 

Son xəbərlər

Orphus sistemi