Bakı. 27 yanvar. REPORT.AZ/ Türkiyə, Azərbaycan və Gürcüstanın iqtisadiyyat nazirləri və iş adamları ilə birlikdə toplantı keçiriləcək.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin iqtisadiyyat naziri Mustafa Elitaş jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, 500-ə yaxın qonağın qatılacağı tədbir fevarlın 19-da keçiriləcək.
"Qonaqları Kayseridə qarşılayıb, toplantını Ərciyesdə keçirəcəyik",- deyə o vurğulayıb.