Türkiyə Avstriyadaki səfirini geri çağırıb

Türkiyə Avstriyadaki səfirini geri çağırıb "Avstriya parlamenti Türkiyə ilə dostluğa ciddi xələl gətirib"
Region
22 Aprel , 2015 23:43
Türkiyə Avstriyadaki səfirini geri çağırıb

Bakı. 22 aprel. REPORT.AZ/ Osmanlı İmperiyasında 1915-ci ildə yaşanan hadisələri "erməni soyqırımı kimi" qiymətləndirən Avstriya parlamentinə etiraz olaraq Türkiyə bu ölkədəki səfirini geri çağırıb. 

"Report" xəbər verir ki, müvafiq bəyanatla Türkiyə Xarici işlər nazirliyi çıxış edib. 

"Avstriya parlamentinin son qərarı tarixi həqiqətlərə ziddir. Türk xalqını hansısa cinayətlərdə ittiham etmək tamami ilə əsassızdır. Avstriyanın Ankaradaki səfirinə məsələ ilə bağlı qəti mövqe bildirilib və qeyd olunub ki, sözü gedən qərar Türkiyə-Avstriya dostluğuna ciddi xələl gətirəcək. Bununla belə Türkiyənin Vyanadaki səfiri Hasan Gökgüşenin Ankaraya geri çağırılması qərara alınıb", - deyə XİN bəyanatında vurğulanıb.

Son xəbərlər

Orphus sistemi