Türkiyə Avropa Parlamentinin qərəzli mövqeyindən narahatdır

Türkiyə Avropa Parlamentinin qərəzli mövqeyindən narahatdır Türkiyə XİN: Avropa Parlamenti subyektiv qərarlarla öz imicinə kölqə salır.
Region
15 Fevral , 2015 11:45
Türkiyə Avropa Parlamentinin qərəzli mövqeyindən narahatdır

Bakı. 15 fevral. REPORT.AZ/ Avropa Parlamentinin (AP) Kipr adasında itkin düşmüş şəxslərlə bağlı qərarı Ankarada etirazla qarşılanıb.

"Report" TRT-yə istinadla xəbər verir ki, Türkiyənən XİN nümayəndəsi Tanju Bilgiç AP-nin bu qərarını "reallığı əks etdirməyən, subyektiv ve qərəzli addım" adlandıraraq birdirib ki, Avroparlament bu kimi sənədlərlə öz imicinə kölqə salır.

"Kiprdə itkin düşənlər sadəcə yunan icmasının mənsubları deyildi. Bu insanlıq dramı türk icmasını da əhatə edib", - deyən T.Bilgiç 1963-1974-cü illərdə itkin düşənlər arasında çox sayıda türkün də olduğunu xatırladıb.

"İtkin düşən kiprli türkləri nəzərə almayaraq qəbul edilən bir qərar son dərəcə haqsız addımdır və tərəfimizcə qətiyyən qəbul edilə bilməz”, - deyə Türkiyənin XİN rəsmisi əlavə edib.

Son xəbərlər

Orphus sistemi