​Türkiyə Avropa ölkələrini terrorçuların nümayəndəliklərini bağlamağa çağırıb

​Türkiyə Avropa ölkələrini terrorçuların nümayəndəliklərini bağlamağa çağırıb Təhlükəsizlik Şurası: "Bu, dostluq və müttəfiqlik münasibətlərinə ziddir"
Region
27 May , 2016 14:57
​Türkiyə Avropa ölkələrini terrorçuların nümayəndəliklərini bağlamağa çağırıb

Bakı. 27 may. REPORT.AZ/ Türkiyə terrorçu təşkilatların Avropada açılan nümayəndəliklərini bağlamağa çağırıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyə Təhlükəsizlik Şurasının qəbul etdiyi bəyanatda vurğulanıb.

Sənəddə bildirilib ki, belə addım dostluq və mütəffiqliklə bir araya sığmır: "Terrorçu "PYD" və "YPG"-nin (terrorçu PKK qruplaşmasının Suriyadakı qolları - "Report") Çexiya, İsveç, Almaniya və Fransada nümayəndəliklərinin açılması onların qanunlara qarşı fəaliyyətinə təkan verib. Bu, dostluq və müttəfiqlik münasibətlərinə ziddir. Türkiyə həmin nümayəndəliklərin açılması ilə bağlı qərara yenidən baxılmasını gözləyir".

Son xəbərlər

Orphus sistemi