Türkiyə Avropa İttifaqını qaçqınlar haqqında sazişi pozmaqla hədələyib

Türkiyə Avropa İttifaqını qaçqınlar haqqında sazişi pozmaqla hədələyib Ankara Türkiyə vətəndaşları üçün vizanın liberallaşdırılması məsələsini "vaxt itgisi" adlandırıb
Region
16 Mart , 2017 07:01
Türkiyə Avropa İttifaqını qaçqınlar haqqında sazişi pozmaqla hədələyib

Bakı. 16 mart. REPORT.AZ/ Bir il əvvəl Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasında miqrantlarla bağlı bağlanan müqavilə Ankaranın təşəbbüsü ilə pozula bilər.

"Report" xəbər verir ki, bunu çərşənbə günü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir Türkiyə vətəndaşları üçün vizanın liberallaşdırılması məsələsini "vaxt itgisi" adlandırıb.

"Aİ viza liberallaşdırılması məsələsində bizim vaxtımızı boşa verdi. Hazırda biz readmissiyaya dair sazişə əməl etmirik və qaçqınlar üzrə sövdələşmənin qiymətləndirilməsi ilə məşğuluq", - deyə Çavuşoğlu Türkiyə televiziyasına müsahibəsində bildirib.

Son xəbərlər

Orphus sistemi