Fransa prezidentliyinə namizəd: “Türkiyə Avropa İttifaqına üzv ola bilməyəcək”

Fransa prezidentliyinə namizəd: “Türkiyə Avropa İttifaqına üzv ola bilməyəcək” Fransua Fiyon : “Biz 30 ildir Türkiyənin Avropa İttifaqına daxil olması məsələsini müzakirə edirik”
Region
13 Mart , 2017 13:35
Fransa prezidentliyinə namizəd: “Türkiyə Avropa İttifaqına üzv ola bilməyəcək”

Bakı. 13 mart. REPORT.AZ/ “Fransa hakimiyyəti Türkiyənin Avropa İttifaqına üzv ola bilməyəcəyini açıq-aşkar deməlidir”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Respublikaçılar Partiyasından Fransa prezidentliyinə namizəd Fransua Fiyon “Europe1” radiostansiyasında çıxışı zamanı bildirib.

O deyib ki, bunu Türkiyəyə demədiklərinə görə, Avropanın başqa dövlətləri də tənqid edilməlidir.

“Türkiyə ilə münasibəti başqa formada qurmaq lazımdır. Ancaq biz 30 ildir Türkiyənin Avropa İttifaqına daxil olması məsələsini müzakirə edirik. Fikrimcə, hazırda Türkiyə ilə münasibətlərdə gərginlik yaradan səbəblərdən biri də bu məsələdir”, - prezidentliyə namizəd vurğulayıb.

Son xəbərlər

Orphus sistemi