Yuxarı

​Türkiyə aviabazalarından İŞİD-ə qarşı mübarizədə istifadə edilməsinə icazə verib

Türkiyə Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb

Bakı. 24 iyul. REPORT.AZ/ Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın rəhbərliyi altındakı koalisiya qüvvələrinə ölkənin aviabazalarından istifadə etməsinə icazə verildiyini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyyət" qəzeti məlumat yayıb.

"Nazirlər Kabineti Türkiyə Böyük Millət Məclisindən 2014-cü il oktyabrın 2-də aldığı səlahiyyətə əsaslanaraq, İŞİD-ə qarşı hava hücumlarında iştirak edən ABŞ və tərəfimizdən uyğun görüləcək bəzi region dövlətləri də daxil olmaqla koalisiya qüvvələrinin pilotlu və pilotsuz təyyarələrinin ölkəmizdəki bazalarda yerləşdirilməsinə razılıq verib. Həmin hücumlarda Türkiyə Hərbi Hava Qüvvələrinin vasitələri də vəzifə yerinə yetirəcək", - XİN-in bəyanatında bildirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi