​Türkiyə Ankaradakı partlayışı terror aktı adlandırıb

​Türkiyə Ankaradakı partlayışı terror aktı adlandırıb Yataqxana yaxınlığında partlayış 5 nəfərin həyatına son qoyub
Region
17 Fevral , 2016 22:03
​Türkiyə Ankaradakı partlayışı terror aktı adlandırıb

Bakı. 17 fevral. REPORT.AZ/ Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının nümayəndəsi Ömər Çelik Ankarada hərbçilərin yataqxanası yaxınlığında törədilən partlayışı terror aktı adlandırıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Partlayış nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.

İlkin məlumatlara görə, bomba yataqxana yaxınlığında dayanmış avtomobildə yerləşdirilib.

Hadisə ilə əlaqədar Türkiyənin baş naziri Əhməd Davudoğlu Brüsselə səfərini təxirə salıb.

Son xəbərlər

Orphus sistemi