Türkiyə almaniyalı deputatların "İncirlik" bazasına getməsinə icazə verib

Türkiyə almaniyalı deputatların "İncirlik" bazasına getməsinə icazə verib Mövlud Çavuşoğlu: "Almaniya Türkiyənin bütün şərtlərinə əməl edib"
Region
8 Sentyabr , 2016 20:35
Türkiyə almaniyalı deputatların İncirlik bazasına getməsinə icazə verib

Bakı. 8 sentyabr. REPORT.AZ/ "Almaniya Türkiyənin bütün şərtlərinə əməl edib və bundan sonra almaniyalı deputatların İncirlikdəki hərbi bazaya getməsinə heç bir maneə yoxdur".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Səudiyyə Ərəbistanında olan həmkarı Adel əl-Cubeyrlə görüşdən sonra keçirdiyi birgə mətbuat konfarsnında bildirib.

"Biz təhlükəsizlik baxımından Almaniya Bundestaqı (parlamenti) təhlükəsizlik komissiyası üzvlərinin "İncirlik" hərbin bazasına getməsin icazə vermirdik. Bunun səbəbi parlamentin "erməni soyqırımı"nı tanıması idi. Bazaya getmək üçün şərt irəli sürmüşdük. İndi Almaniya həmin şərtlərə əməl edib", - deyə Mövlud Çavuşoğlu vurğulayıb.

Bir müddət əvvəl Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer demişdi ki, Bundestaqın "erməni soyqırımı" haqqında qəbul etdiyi qətnamə məcburi hüquqi qüvvəyə malik deyil: "Əlbəttə, Almaniya Bundestaqının siyasi məsələlərə öz mövqeyini bildirmək hüququ var. Ancaq bütün qətnamələrin məcburi hüquqi qüvvəsi yoxdur".

Xatırladaq ki, bu il iyunun 2-də Bundestaq 1915-ci ildə Osmanlı dövlətində ermənilərlə bağlı baş vermiş hadisə haqqında qətnamə qəbul edib. Bundan sonra Almaniya bundestaqının deputatları "İncirlik" hərbi bazasına getmək istədiklərini bidlirmişdilər. Lakin onların istəyi reallaşmamışdı.

Son xəbərlər

Orphus sistemi