Yuxarı

Türkiyə Almaniyadan FETÖ-çülərin ekstradisiyasını istəyib

Rəsmi Ankara 3 FETÖ-çünün deportasiya olunması haqda 40 ərizə təqdim edib

Bakı. 20 avqust. REPORT.AZ/ Türkiyə Almaniyadan Fətullahçı terror təşkilatı (FETÖ) üzvlərinin aşkarlanıb, ekstradisiya olunmasını istəyib.

"Report" Almanyada çıxan "Spigel" həftəlik qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Almaniya Federal Kəşfiyyat Agentliyinə (BND) müraciətində bildirilib.

Məlumata görə, iyulun 15-dən sonra Türkiyə Almaniyaya 3 FETÖ-çünün deportasiya olunması haqda 40 ərizə təqdim edib.

Xəbərdə bildirilib ki, Türkiyənin Almaniyadakı səfirliyi bu ölkənin hakimiyyətinə, eləcə də 11 federal topağa, o cümlədən Gessen, Saksoniya və Şimali Reyn-Vestfaliya hökumətlərinə FETÖ təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi