​Türkiyə Almaniyadakı səfirini geri çağırıb

​Türkiyə Almaniyadakı səfirini geri çağırıb Səfir Hüseyn Avni Karslıoğlu Ankaraya qayıdır
Region
2 İyun , 2016 15:49
​Türkiyə Almaniyadakı səfirini geri çağırıb

Bakı. 2 iyun . REPORT.AZ/ Almaniya parlamentinin qondarma "erməni soyqırımı"nı tanımasına etiraz olaraq Türkiyə bu ölkədəki səfiri Hüseyn Avni Karslıoğlunu geri çağırıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qeyd edək ki, bu gün Almaniya parlamenti qondarma "erməni soyqırımı"nın tanınması barədə qətnamə qəbul edib.

Qətnaməni parlamentdə deputatları çoxluq təşkil edən qrup - kansler Angela Merkelin Siyasi Partiyalar İttifaqı və Almaniyanın Sosial Demokrat Partiyası, eləcə də "Yaşıllar" Partiyası təqdim edib.

Qətnamədə həmçinin Almaniya hökumətinin tarixi hadisələrə görə məsuliyyətini tanıması, eləcə də 1915-ci il hadisələrini "soyqırım" kimi tanıması əks olunub.

Son xəbərlər

Orphus sistemi