Türkiyə Ali Məhkəməsi ana müxalifətin şikayətini təmin etməyib

Türkiyə Ali Məhkəməsi ana müxalifətin şikayətini təmin etməyib CHP-nin şikayəti səs çoxluğu ilə rədd edilib
Region
25 Aprel , 2017 14:08
Türkiyə Ali Məhkəməsi ana müxalifətin şikayətini təmin etməyib

Bakı. 25 aprel. REPORT.AZ/ Türkiyə Ali Məhkəməsi referendumun nəticələrinin ləğvi ilə bağlı ana müxalifətin, Cümhuriyyət Xalq Partiyasının (CHP) şikayətini təmin etməyib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Ali Məhkəmə açıqlama yayıb.

Açıqlamada bildirilib ki, müxalifətin şikayəti ilə bağlı qərarın qəbul edilməsi mümükün deyil. 

Məhkəmədə müxalifətin şikayəti səs çoxluğu ilə rədd edilib. 

Qeyd edək ki, aprelin 16-da Türkiyədə konstitusiya islahatı ilə bağlı referendum keçirilib. Referendumun nəticələrinə əsasən, seçicilərin 51,41 faizi dəyişikliklərə “Hə” (“Evet”), 48,59 faiz isə “Xeyr” (“Hayır”) deyib. Referendumun nəticələri ilə razılaşmayan Cümhuriyyət Xalq Partiyası əvvəlcə Mərkəzi Seçki Komissiyasına müraciət etmişdi.

Son xəbərlər

Orphus sistemi