Yuxarı

Türkiyə Ali Hərbi Şurasının toplantısının tarixi açıqlanıb

İclas baş nazir Binəli Yıldırımın sədrliyi ilə keçiriləcək

Bakı. 22 avqust. REPORT.AZ/ Türkiyənin Ali Hərbi Şurası avqustun 23-də toplanacaq.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, toplantı baş nazir Binəli Yıldırımın sədrliyi ilə Çankaya iqamətgahında keçiriləcək.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyənin müdafiə naziri Fikri İşıq bildirmişdi ki, ölkəsinin ordusu Türkiyə Silahlı Qüvvələrinə sızmış xainlərin çoxundan təmizlənib. Onun sözlərinə görə, 9-u general və admiral olmaqla 137 nəfər fəraridir: "Avqustda həmin hərbçilərin məsələsini müzakirə etmək üçün Ali Hərbi Şuranın toplantısını keçirməyi planlaşdırırıq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi